Bərdə sakininin evindən narkotik tapılıb

  29 Oktyabr 2019    Oxunub : 627
Bərdə sakininin evindən narkotik tapılıb
Bərdə sakinin evindən narkotik maddələr aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhər sakini Ş.Əzizovanın evindən 75 qramdan artıq heroin, tiryək, marixuana, 50 qramdan artıq metamfetamin, 45 ədəd metadon, 16 ədəd ekstazi həbləri, həmçinin tiryək və marixuana aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: Narkotik   Həbs   DİN