Ərdoğan dünyaya səsləndi: “Ermənilərin əlində arxiv varsa, açsınlar”

  30 Oktyabr 2019    Oxunub : 5067
 Ərdoğan dünyaya səsləndi: “Ermənilərin əlində arxiv varsa, açsınlar”
“ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə ABŞ siyasəti üçün ayıbdr”.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında deyib. Ərdoğan bildirib ki, qətnamənin heç bir dəyəri yoxdur:

“Buradan Amerikaya, bütün dünyaya səslənirəm, bu addımın heç bir dəyəri yoxdur və biz bunu tanımırıq. Açıq danışsaq, özləri çalır, özləri də oynayır. Buna rəğmən ölkəmizə qarşı atılan belə bir addımdan üzülürük. Bu, necə anlayışdır. İllərcə dedik ki, bu iş tarixçilərin, arxeoloqların işidir. Nümayəndə heyəti təşkil edək, araşdırma aparsınlar, buna siyasət donu geyindirməyək. Həmin heyət bu işləri gördükdən sonra siyasətçilər masaya əyləşsinər və bunun adını qoyaq. Biz arxvləri açdıq, 1 milyon sənəd var, ermənilərin əlində arxiv varsa, açsınlar. Amma nəsə yoxdur, açsınlar da”.

Ərdoğan bildirib ki, “Türkiyənin əleyhinə nə lazımdırsa edək”, “Türkiyədən böyük düşmən yoxdur” deməklə iş getməz: "Ölkəmiz əleyhinə səs verənlərin gerçəkləri görmələrini istəyirəm. Türkiyə uzun müddət erməni terror qruplarının hücumlarına məruz qalıb. ASALA 21 fərqli ölkədə türk təmsilçilərinə silahlı hücum edib. Bundan xəbəriniz varmı?! 40 diplomat və təmsilçimiz şəhid olub. Bizim inancımızda soyqırım yasaqdır. Biz bu məsələni yaxından təqib edib, gərəkən addımları atacağıq”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Ərdoğan