“Britaniya hər zaman Azərbaycana dəstək göstərib” - Ticarət elçisi

  31 Oktyabr 2019    Oxunub : 698
“Britaniya hər zaman Azərbaycana dəstək göstərib” - Ticarət elçisi
"Azərbaycanda ali təhsil müəssisələrinin məzunlarının məşğulluq imkanlarının gücləndirilməsi üçün onların hansı formada rəqabətə davamlı hazırlanması barədə düşünməliyik. Bu, istər lokal, istərsə də xarici bazarlara şamil edilir".
Azvision.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson "British Council"ın Azərbaycanda həyata keçirdiyi "Məşğulluq üçün ali təhsil" proqramına həsr olunan tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan və Böyük Britaniyanın öz təcrübələrini paylaşması təqdirəlayiqdir: "İki ölkə və iki xalq arasında təhsil siyasətinin formalaşması, Böyük Britaniya təcrübəsindən faydalanaraq onun resurslarından istifadə ölkələr arasında körpülərin yaranmasına kömək edir. Ümid edirəm ki, məzunların universitet həyatından əmək bazarına keçidinin təmini onların gələcəyi üçün qoyulan ən effektiv investisiyadır. Böyük Britaniya hər zaman Azərbaycana dəstək göstərib. Azərbaycan da Böyük Britaniyaya tərəfdaşlıq çərçivəsində bu uğurlu məşğulluq məsələlərinə öz töhfəsini verəcək. Azərbaycandakı tərəfdaşlarımızın, xüsusilə Təhsil Nazirliyinin və müxtəlif vətəndaş cəmiyyətinin təşəbbüsləri təqdir edilir".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: BaronessaEmmaNikolson   BöyükBritaniya