Qeyri-sabit hava neçə gün davam edəcək?

  01 Noyabr 2019    Oxunub : 1166
Qeyri-sabit hava neçə gün davam edəcək?
Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin neçə gün davam edəcəyi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, ölkə ərazində müşahidə olunan qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti noyabrın 4-ü gündüzədək davam edəcək .

Qeyd edək ki, ötən gündən başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib. Paytaxt və bir sıra rayonlara yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub.

Azvision.az

Teqlər: ETSN   Hava