“İŞİD-in yeni liderinin kim olduğunu bilirik” - Tramp

  01 Noyabr 2019    Oxunub : 1176
“İŞİD-in yeni liderinin kim olduğunu bilirik” - Tramp
ABŞ Prezidenti Donald Tramp İŞİD terror qruplaşmasında yeni liderin olduğunu bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə Tramp "Twitter" hesabında paylaşım edib.

"İŞİD-in yeni lideri var. Biz onun kim olduğunu dəqiq bilirik", - deyə ABŞ prezidenti yazıb.

Xatırladaq ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadi oktyabrın 27-də ABŞ hərbçilərinin Suriyanın İdlib əyalətində keçirdiyi xüsusi əməliyyat zamanı məhv edilib. Onun ölümündən sonra terror qruplaşmasına Abu İbrahim əl- Haşimi əl-Kuraşini lider seçilib.

Azvision.az

Teqlər: Tramp   İŞİD   ABŞ   Terror