Paytaxt sakinləri ərzağa 6,8 milyard xərcləyib

  02 Noyabr 2019    Oxunub : 717
 Paytaxt sakinləri ərzağa 6,8 milyard xərcləyib
Bakıda cari ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,4 faiz artaraq 15019,9 milyon manat olub.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb. Qeyd olunub ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 6859,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,0 faiz artaraq 8160,1 milyon manata bərabər olub.

İstehlak məhsullarının 28,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 24,1 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Azvision.az

Teqlər: Ticarət