Göyçayda 3 otaqlı ev yanıb

  11 Noyabr 2019    Oxunub : 744
Göyçayda 3 otaqlı ev yanıb
Göyçayda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Göyçay rayonunun Çayarxı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 144 m² olan talvarın altına yığılan 4400 ədəd taxta taradan 500 ədədi yanıb.

Talvar və taraların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: Göyçay   Yanğın