XİN mühacirlərin Almaniyada saxlanılmasına münasibət bildirdi

   XİN mühacirlərin Almaniyada saxlanılmasına münasibət bildirdi
  15 Noyabr 2019    Oxunub:2075
"Almaniyada Azərbaycan vətəndaşlarının sənədlərinin saxtalaşdırılması və qeyri-qanuni miqrasiyada şübhəli bilinərək saxlanılması barədə məlumatımız var"
Azvision.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

XİN rəsmisi bildirib: "Təəssüf edirik ki, özlərini “siyasi mühacir” kimi qələmə verən bu şəxslər yuxarıda qeyd olunan fəaliyyətdə şübhəli bilinərək saxlanılıblar. Azərbaycan və Almaniya hüquq-mühafizə orqanları arasında əməkdaşlıq mövcuddur və Almaniya tərəfindən müraciət olduğu təqdirdə bu məsələ müvafiq şəkildə nəzərdən keçirilə bilər".

Qeyd edək ki, noybarın 13-də Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı miqrant biznesi ilə məşğul olan 7 Azərbaycan vətəndaşı saxlanılıb.

Azvision.az


Teqlər: XİN   Almaniya   Mühacir-biznesi  





Xəbər lenti