Sabahdan məktəblərdə payız tətili başlayır

  15 Noyabr 2019    Oxunub : 1704
 Sabahdan məktəblərdə payız tətili başlayır
Sabah Azərbaycan məktəblərində payız tətili başlayacaq.
Azvision.az xəbər verir ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, 16-20 noyabrda ümumtəhsil məktəblərində beş günlük payız tətili olacaq. Məktəblərdə qış tətilinin müddəti isə 27-31 yanvarda nəzərdə tutulub.

Qeyd edək ki, 1-5 mayda ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili müəyyən edilir.

Azvision.az

Teqlər: Məktəb   Tətil   Şagird