Kürdəmirdə dəhşətli qəza - Ölənlər var

  24 Noyabr 2019    Oxunub : 1530
 Kürdəmirdə dəhşətli qəza - Ölənlər var
Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Azvision.az -ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "QAZ-2410" markalı avtomobilin sürücüsü Əhmədov Mehman Surxay oğlu idarə etdiyi nəqliyyat vasitəsini "KamAZ" markalı yük maşınına çırpıb. Nəticədə M.Əhmədov və onun sərnişini İbadov Vüqar Arif oğlu hadisə yerində ölüb. Onların meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon Şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Kürdəmir   Qəza