Sumqayıtın girişində böyük tıxac yaranıb - FOTO

  25 Noyabr 2019    Oxunub : 1969
 Sumqayıtın girişində böyük tıxac yaranıb - FOTO
Abşeron rayonunun Saray qəsəbəsindən Sumqayıt istiqamətdə yolda böyük tıxac yaranıb.
Azvision.az -ın məlumatına görə, tıxac Sumqayıtın girişinə, "Daş bazarı" adlanan əraziyədək müşahidə edilir.

1 saata yaxındır ki, həmin yolda nəqliyyat vasitələrinin hərəkəti dayanıb. İnsanlar piyada getmək məcburiyyətində qalıblar.

Tıxaca iki avtomobilin toqquşması nəticəsində baş verən yol qəzası səbəb olub.





Anar Kəlbiyev
Azvision.az

Teqlər: Sumqayıt   Tıxac