Azay Quliyev səfirlərlə görüşüb - FOTOLAR

  27 Noyabr 2019    Oxunub : 1267
Azay Quliyev səfirlərlə görüşüb - FOTOLAR
Milli Məclisin deputatı, Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının (Bakı Parlament Platforması - BPP) koordinatoru Azay Quliyev Milli Məclis Sədrinin müavini Bahar Muradova ilə birgə İtaliyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari, Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze və Rumıniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşərək ikitərəfli əməkdaşlığın genişləndirilməsini və bu ölkələrin Bakı Parlament Platformasına qoşulmasını müzakirə edib.
Xatırladırıq ki, Bakı Parlament Platforması 12 iyun 2019-cu ildə Azərbaycan Respublikasının Milli Məclisi, Almaniya Bundestaqı və Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətləri tərəfindən təsis edilib.









Azvision.az

Teqlər: Azay-Quliyev