ÜST: Ötən il 770 min nəfər İİV-dən ölüb

  02 Dekabr 2019    Oxunub : 2006
 ÜST: Ötən il 770 min nəfər İİV-dən ölüb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2019-cu ilin iyun ayına olan məlumatına əsasən, hazırda dünyada İİV-lə yaşayan insanların sayı 37,9 milyon nəfərdir. Onlardan yalnız 24,5 milyonu antiretovirus (ART) müalicə ilə əhatə olunub.
Azvision.az xəbər verir ki, bunu ÜST-ün Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, İİV-in anadan uşağa ötürülməsinin qarşısının alınması məqsədi ilə bu xəstəliklə yaşayan hamilə qadınların 82 faizi ART-yə cəlb edilib.

"1997-ci illə müqayisədə İİV-ə yoluxma halları 40 faiz azalıb və 2018-ci ildə onların sayı 1,7 milyon nəfər olub. Şərqi Avropa və Mərkəzi Asiya regionunda yeni yoluxanların 95 faizi risk qrupuna mənsub olan şəxslər və onların cinsi partnyorlarıdır. Təqribən 8,1 milyon insan isə bu xəstəliyə yoluxduğu haqda məlumatsızdır".

H.Harmancı qeyd edib ki, 2004-cü illə müqayisədə İİV-dən ölənlərin sayı 56 faiz azalıb və 2018-ci ildə 770 min dünyasını dəyişib.

"Epidemiya başladığı andan 2018-ci ilin sonuna kimi ümumilikdə 32 milyon insan dünyasını dəyişib. İİV-ə yoluxmanın əsasən narkotiklərdən istifadə zamanı keçdiyi qeyd edilsə də, bu gün insanlar bu xəstəliyə daha çox transeksual yollardan yoluxurlar".

Aytən Zəhra
Azvision.az

Teqlər: İİV   ÜST