Parlamentin buraxılması ilə bağlı redaksiya heyəti yaradılıb

  02 Dekabr 2019    Oxunub : 1116
 Parlamentin buraxılması ilə bağlı redaksiya heyəti yaradılıb
Milli Məclisdə hakim partiyanın parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə ünvanlanan müraciəti ilə bağlı redaksiya heyəti yaradılıb.
Azvision.az xəbər verir ki, bunu spiker Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında bildirib.

Spiker qeyd edib ki, heyətin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputat Fəzail İbrahimli və Sahibə Qafarova daxildir.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis