“Keşlə” "Qarabağ"a rəqib oldu

  03 Dekabr 2019    Oxunub : 1116
“Keşlə” "Qarabağ"a rəqib oldu
Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib.
Azvision.az xəbər verir ki, ilk oyun günündə “Keşlə” “Kəpəz”i qəbul edib.

Matç “Keşlə”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu mərhələdə qalib bir oyunluq mübarizə nəticəsində müəyyənləşdiyindən "Keşlə" 1/4 finala vəsiqə qazanıb və "Qarabağ"a rəqib olub.

Qeyd edək ki, bu mərhələnin digər oyunları sabah oynanılacaq.

Azvision.az

Teqlər: Futbol   Qarabağ   Keşlə   Kəpəz