Əbülfəs Qarayev yeni səfiri qəbul edib
Bundan əlavə, Əbüldəs Qarayev 2014-cü ildə Litva Respublikasına səfəri çərçivəsində mühüm görüşlər keçirdiyini və bunun nəticəsində bir sıra müştərək tədbirlərin həyata keçirildiyini bildirib.
Səfir Egidijus Navikas öz növbəsində Əbülfəs Qarayevə təbriki və səmimi qəbuluna görə təşəkkür edərək, əməkdaşlığın inkişafı üçün çox gözəl perspektivlərin olduğu fikri ilə tam razı olduğunu bildirib. Litva Respublikasının ölkəmizdəki səfirliyi tərəfindən bir sıra mədəni tədbirlərin keçirilməsinin planlaşdırıldığını bildirən səfir, bu məsələdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyinə ümid etdiyini vurğulayıb.
Görüşün sonunda nazir Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin Litva Respublikasına rəsmi səfəri çərçivəsində 2007-ci ilin 13 sentyabr tarixində Vilnüs şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”in əsasında Fəaliyyət Planının işlənib hazırlanmasını təklif edib.
Azvision.az
Teqlər: ƏbülfəsQarayev