“Dinin siyasiləşdirilmə cəhdlərinin perspektivi yoxdur”
Onun sözlərinə görə, mənəvi dəyərlərimizin düzgün təbliği istiqamətində bu cür tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir. Hüseyn Əsgərov onu da bildirib ki, gənclərimiz, eləcə də məktəblilər vətənpərvərlik, dəyərlərimizə bağlı ruhda böyüməlidirlər: “Milli ruhu olan xalq hər zaman qalib xalqdır”-,deyə müdir müavini əlavə edib.
Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov deyib ki, xalqımız hər zaman İslam dininə ehtiram göstərir. Sədr müavininin sözlərinə görə, əhalisinin 96 faizi müsəlman olan Azərbaycan dünyəvi, demokratik bir ölkədir və din dövlətdən ayrıdır. Vətəni sevmək, onu qorumağın dinimizdə bizə vacib buyrulduğunu diqqətə çatdıran Gündüz İsmayılov deyib ki, hər bir şəxs, o cümlədən dindarlar ölkəsini, Vətənini sevməlidir: “Dindar olmaq ədalətli olmaq, Vətəni, ailəni, cəmiyyəti sevmək deməkdir”-,deyə sədr müavini vurğulayıb.
İslamın sülh, əmin-amanlıq, inkişafa, elmə və təhsilə böyük önəm verən din olduğunu qeyd edən DQİDK-nın sədr müavini bildirib ki, dünyada, eləcə də Azərbaycanda dinin siyasiləşdirilməsinə və məzhəbçiliyin təbliğinə cəhdlər edilsə də, bu cəhdlərin heç bir perspektivi yoxdur.
Dövlət Komitəsinin sədr müavini onu da qeyd edib ki, mənəvi və dini dəyərlərimizin gənc nəslə düzgün təbliğ edilməsində ziyalıların, o cümlədən müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Konfrans müzakirələrlə davam edib.
Azvision.az
Teqlər: DQİDK