Naxçıvanda yenə qaz və işıqpulu borcu qeydə alınmayıb - FOTO
Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.
Həmçinin Dövlət Energetika Xidməti üzrə 2019-cu ilin noyabr ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.
Qeyd olunub ki, noyabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 35 milyon 463 min kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 26 min 700 manat olub, cəmi 3 milyon 24 min manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 99,9 faizini təşkil edir.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Təbiiqaz Energetika Naxçıvan