Növbədənkənar seçkilərlə əlaqədar ekspert və işçi qrupu yaradılıb
İclasda ilk olaraq vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılması məsələsinə baxılıb.
Məsələ müzakirə edildikdən sonra səsə qoyularaq təsdiq edilib.
Daha sonra imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi məsələsi müzakirə olunub.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Elvin Abdulqədirov
Azvision.az