SƏLİS-lə bağlı ATƏT PA-nın prezidenti, xüsusi nümayəndəsi və məruzəçisinə müraciət edilib

  09 Dekabr 2019    Oxunub : 2524
SƏLİS-lə bağlı ATƏT PA-nın prezidenti, xüsusi nümayəndəsi və məruzəçisinə müraciət edilib
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yeni innovativ brendi olan SƏLİS- Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi haqqında ATƏT PA-nın prezidenti Georgi Sereteliyə, ATƏT PA-nın vətəndaş cəmiyyəti üzrə xüsusi nümayəndəsi Pia Kaumaya və qurumun Rəqəmsal inkişaf üzrə xüsusi məruzəçisi Stefano Miladonoviçə məktub göndərilib.
Azvision.az xəbər verir ki, Şura sədri Azay Quliyevin imzaladığı məktubda SƏLİS-in QHT-hökumət münasibətlərində ən şəffaf və çevik əməkdaşlıq modeli olması və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir QHT-yə dövlət dəstəyini almaq üçün bərabər imkanlar yaratması haqqında məlumat verilir.

Bundan başqa, məktubda SƏLİS-ə daxil olan elektron xidmətlərin bir çoxunun dünyada ilk dəfə tətbiq olunduğu və Azərbaycanın bu uğurlu təcrübəsini və yeniliyini ATƏT-ə üzv olan ölkələrlə bölüşməyə hazır olduğu qeyd olunur.

Xatırladaq ki, cari ilin oktyabrın 30- da SƏLİS-in ictimai təqdimatı zamanı ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri və Parlamentin vitse-spikeri Bahar Muradova SƏLİS- lə əlaqədər ATƏT PA- da tədbirlərin keçirilməsini və Azərbaycanın bu uğuru haqqında üzv ölkələrin məlumatlandırılmasını təklif edib.

Azvision.az

Teqlər: Azay-Quliyev   SƏLİL