Bakıdan Avstraliyaya narkotik göndərmək istədilər - VİDEO

   Bakıdan Avstraliyaya narkotik göndərmək istədilər -    VİDEO
  09 Dekabr 2019    Oxunub:2976
Beynəlxalq poçt göndərişləri yolu ilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, Bakı Karqo Terminalında Azərbaycan Respublikasından Avstraliyaya ünvanlanan poçt bağlamasına kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Xidməti it reaksiya verdiyi üçün bağlama Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda təkrar yoxlanılıb.



Parçanın daxilinə narkotik vasitəyə oxşar naməlum maddənin hopdurulduğu ehtimal olunduğuna görə, poçt bağlaması araşdırma məqsədilə saxlanılıb. Təkrar yoxlama nəticəsində parçaya hopdurulan maddənin 3 kq 154 qram çəkidə tiryək olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DGK   Narkotik  





Xəbər lenti