Göygöldə bir qrup abonent qazsız qaldı
Göygöl şəhəri və bir neçə kəndi təbii qazla təchiz edən diametri 530 millimetr olan orta təzyiqli qaz xətti qaynaq yerindən qırılıb. Buna görə də, günorta saatlarından bir qrup abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb. Hazırda təmir işlərinə başlanılıb və yaxın saatlarda bərpa prosesi başa çatdırılacaq.
Azvision.az