Metroda 20 yaşlı oğlan relslərin üzərinə yıxılıb
Bu barədə Azvision.az -a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
"Dərhal xətlərdəki gərginlik dayandırılıb. Sərnişin stansiya yolundan çıxarılıb. Təcili tibbi yardım çağırılıb. Gənc oğlan həkimlərə epilepsiya xəstəsi olduğunu deyib. İlkin yardım göstərildikdən sonra sərnişin özünü yaxşı hiss etdiyini bildirib".
Azvision.az