MSK: Deputat olmaq üçün 901 nəfər müraciət edib

  21 Dekabr 2019    Oxunub : 3196
 MSK: Deputat olmaq üçün 901 nəfər müraciət edib
Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 901 namizəd müraciət edib.

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, namizədlərin 149 nəfəri 11 siyasi partiya tərəfindən irəli sürülüb. Beş nəfər təşəbbüs qrupları tərəfindən, 752 nəfər isə fərdi qaydada namizədlikərini irəli sürüb.

MSK sədrinin sözlərinə görə, həmin müraciət edən şəxslərin 569 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 439 nəfəri isə imza vərəqələrini götürüb.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki   Parlament