Putin İlham Əliyevə zəng etdi

  24 Dekabr 2019    Oxunub : 2183
Putin İlham Əliyevə zəng etdi
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Azvision.az xəbər verir ki, Vladimir Putin Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və Azərbaycan dövlətinin inkişafı naminə ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları yüksək səviyyədə mütəmadi olaraq keçirilən görüşləri və bu günlərdə Sankt-Peterburq şəhərindəki təmasları məmnunluqla xatırlayaraq strateji tərəfdaşlığa əsaslanan dostluq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

Prezident İlham ƏliyevPrezident Vladimir Putin ölkələrimizin birgə həyata keçirdiyi mühüm layihələrin önəminə toxunaraq, bu gün Samur çayı üzərində yeni avtomobil körpüsünün açılışının genişmiqyaslı əməkdaşlığın dərinləşdirilməsi işinə böyük töhfə verəcəyini qeyd ediblər.

Azvision.az

Teqlər: İlham-Əliyev   Putin   Prezident