Məktəblərdə 1 həftə dərs olmayacaq

  24 Dekabr 2019    Oxunub : 2164
Məktəblərdə 1 həftə dərs olmayacaq
İstirahət günlərinin davamlılığını təmin etmək üçün Nazirlər Kabineti tərəfindən Yeni il ərəfəsində bu həftənin şənbə və bazar günləri iş günləri elan edilib. Yanvarın 6-sı daxil olmaqla ölkədə qeyri-iş günləri olacaq.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib. Nazirin sözlərinə görə, ümumtəhsil müəssisələrində tədris Nazirlər Kabinetinin qərarına əsasən təşkil olunacaq.

Qeyd edək ki, Yeni il bayramı ilə əlaqədar Azərbaycanda bir həftə iş olmayacaq.

Aytən Zəhra
Azvision.az

Teqlər: Nazir   Ceyhun-Bayramov   Məktəb