Polis intihar etmək istəyən qadını xilas etdi

Polis intihar etmək istəyən qadını xilas etdi
  24 Dekabr 2019    Oxunub:2486
Bu gün paytaxtın Binəqədi rayonunda Nübar Kişiyeva adlı qadın hündürmərtəbəli yaşayış binasından ictimai diqqəti üzərinə yönəltmək üçün intihara cəhd göstərib.
Bu barədə Azvision.az -a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qadının intihara cəhdinin qarşısı ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayı və Fövqəladə Hallar Nazirliyinin müvafiq xidmətinin əməkdaşları tərəfindən alınaraq, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə təhvil verilib.

“Bölmədə onunla profilaktiki söhbətlər aparılıb. Nübar Kişiyevanın ətrafında aparılan araşdırma zamanı onun intihara cəhd etməsinə səbəb, polislə yox, tikinti şirkətlərindən biri ilə aralarında yaranan mənzil mübahisəsinin məhkəmə iddiası ilə bağlıdır", - deyə məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: Polis   binəqədi   İntihar   qadın  





Xəbər lenti