Tərtərdə mina tapılıb

  25 Dekabr 2019    Oxunub : 1532
Tərtərdə mina tapılıb
Tərtər rayonunda 1 ədəd təlim məqsədli tank əleyhinə TM-62P3 minası aşkar olunub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Azvision.az -a verilən məlumaat görə, dekabrın 25-də saat 11:46-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, Şıxarx qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.



Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.



Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli tank əleyhinə TM-62P3 minası aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minanın ətrafında 80 kv.m əraziyə yerüstü, 500 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az

Teqlər: Tərtər   Mina