Gömrükçülər pirotexniki vasitələr aşkarlayıb

  25 Dekabr 2019    Oxunub : 1513
Gömrükçülər pirotexniki vasitələr aşkarlayıb
Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şəxsi yoxlama aparılıb.
DGK-dan Azvision.az -a verilən məlumata görə, yoxlama zamanı onun əynindəki gödəkçənin ciblərində və bel kəmərinin arxa hissəsindən gömrük nəzarətinə bəyan edilməyən 1200 ədəd "Kopcap 1", 120 ədəd "Kopcap 5", 5 ədəd "Djamba", 10 ədəd "Talicman" və 200 ədəd "Happy Family" adlı pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DGK