Sabunçunun su və kanalizasiya sistemi qurulur
Yeni layihə çərçivəsində qəsəbə ərazisində müxtəlif diametrli borularla 14 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilir. Şəbəkə üzərində 600-dək kanalizasiya baxış quyusu tikiləcək və yeni şəbəkədən abonentlərə birləşmə veriləcək.
Tikinti-quraşdırma işlərinin gələn ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulur. Bu layihələr qəsəbə sakinlərinin dayanıqlı içməli su ilə təmin olunmasına, həçminin tullantı sularının axıdılmasında yaranan problemlərin aradan qaldırılmasına imkan yaradacaq. Layihənin icra olunduğu ərazilərdə yol infrastrukturlarının yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev “Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələrində yeni layihələr həyata keçiriləcək.
Azvision.az
Teqlər: Azərsu