Sürücülərin nəzərinə! - Bu yol 3 günlük bağlanacaq

 Sürücülərin nəzərinə!  - Bu yol 3 günlük bağlanacaq
  29 Dekabr 2019    Oxunub:3822
Bakının Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, prospektin yan yolunun sözügedən əraziyə düşən hissəsində, “Koroğlu” metrostansiyası istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən mlumata görə, məhdudlaşma 1 yanvar saat 10:00-dan 3 gün müddətinə tətbiq ediləcək.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun prospektin əsas yolundan istifadə etmələri tövsiyə edilir. Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”, - məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: Yol   Təmir  





Xəbər lenti