Gömrük Komitəsi gücləndirilmiş iş rejiminə keçir

  29 Dekabr 2019    Oxunub : 1423
Gömrük Komitəsi gücləndirilmiş iş rejiminə keçir
Dövlət Gömrük Komitəsi və onun qurumları, gömrük-sərhəd keçid məntəqələri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Komitədən Azvision.az -a verilən məlumata görə, məqsəd gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, yarana biləcək sıxlığın qarşısının alınması, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsidir.

Azvision.az

Teqlər: DGK