Gələn il 7 “ASAN xidmət” mərkəzi açılacaq

  30 Dekabr 2019    Oxunub : 2803
 Gələn il 7 “ASAN xidmət” mərkəzi açılacaq
"Balakəndə "ASAN xidmət" mərkəzinin tikintisi davam edir. Mərkəz gələn ilin birinci yarısında istifadəyə veriləcək".

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev deyib.
Onun sözlərinə görə, 2020-ci ildə 7 "ASAN xidmət" mərkəzinin açılışı nəzərdə tutulur: "Hər bir regionda 1 "ASAN xidmət"in yaradılması həmin regionda 200-dən çox gəncin işlə təmin olunması deməkdir".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: ASANxidmət   ÜlviMehdiyev