Bu gündən Bibiheybət yolu açılır

  31 Dekabr 2019    Oxunub : 1780
Bu gündən Bibiheybət yolu açılır
Bu gündən Bibiheybət yolunda hərəkətin bərpası nəzərdə tutulub.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, ən azı 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün hazırda ərazidə işlər aparılır, yol asfaltlanır.

"Asfalt-beton örtüyünün döşənməsinin bu gecə yekunlaşdırılması, 31-i səhər saatlarında yolda xətlənmə işlərinin aparılması və yol kənarına dəmir-beton təhlükəsizlik sədlərinin quraşfıtılması nəzərdə tutulur. 31 dekabr günün ikinci yarısından isə yolda hərəkətin bərpası planlaşdırılır.

Qeyd edim ki, ərazidə gələcəkdə bu iimi hadisələrin baş verməməsi üçün tikinti-bərpa işləri davam etdirilir, svay əsaslı istinad divarları inşa edilir, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulur. İşlərin tam olaraq 2020-ci ilin I rübündə yekunlaşdırılması nəzərdə tutulub".

Azvision.az

Teqlər: Bibiheybət   Yol