Meksikada həbsxanada qarşıdurma: 16 ölü

  01 Yanvar 2020    Oxunub : 1237
Meksikada həbsxanada qarşıdurma: 16 ölü
Meksikanın mərkəzi Sakatekas ştatının, Menli Regional Sosial Reinteqrasiya Mərkəzində məhkumlar arasında qarşıdurma baş verib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, qarşıdurma nəticəsində 16 məhbus ölüb, daha 5-i yaralanıb.

"Təhlükəsizlik qüvvələrinin birgə müdaxiləsi sayəsində 17 saata yaxın məhbuslar arasında baş verən mübahisəni dayandıra bildik. 15 məhbus hadisə yerində ölüb, 6 nəfər xəstəxanaya çatdırılıb. Lakin sonra onlardan biri ölüb", deyə ştatın Daxili İşlər Nazirliyi özünün "Twitter" səhifəsində yazıb.


Azvision.az

Teqlər: Məhbus