ABŞ vətəndaşlarını İraqı tərk etməyə çağırdı

  03 Yanvar 2020    Oxunub : 1121
ABŞ vətəndaşlarını İraqı tərk etməyə çağırdı
ABŞ Dövlət Departamenti öz vətəndaşlarını artan gərginliklə əlaqədar İraqı dərhal tərk etməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu müraciət Dövlət Departamentinin “Twitter” səhifəsində yer alıb.

Müraciətdə qeyd olunub ki, ABŞ vətəndaşları İraqı təyyarə ilə tərk etməli, bu mümkün deyilsə, quru yolla digər ölkələrə keçməlidirlər.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Azvision.az


Teqlər: ABŞ