Dağlıq ərazidə köməksiz qalan 9 nəfər xilas edilib

  04 Yanvar 2020    Oxunub : 1505
Dağlıq ərazidə köməksiz qalan 9 nəfər xilas edilib
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Siyəzən rayonunun Nardaran kəndində, içərisində 9 nəfərin (onlardan biri azyaşlıdır) olduğu “Mercedes” və “BMW” markalı iki minik avtomobili yolu azaraq dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb.
Azvision.az -ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların xilas olunmasını təmin ediblər.

Azvision.az

Teqlər: FHN