Elmar Məmmədyarov iranlı həmkarı ilə telefonla danışdı

  04 Yanvar 2020    Oxunub : 1769
 Elmar Məmmədyarov iranlı həmkarı ilə telefonla danışdı
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və İran İslam Respublikasının XİN rəhbəri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.
Azərbaycan XİN-dən Azvision.az -a verilən məlumata görə, telefon danışığı zamanı nazirlər bölgədəki son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər. Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırıb.

E.Məmmədyarov, həmçinin general Qasım Süleymaninin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına başsağlığı verib.

Azvision.az

Teqlər: XİN   Məmmədyarov