İran dünyaya meydan oxudu - Nüvə hədəsi

  İran dünyaya meydan oxudu -    Nüvə hədəsi
  06 Yanvar 2020    Oxunub:2240
İran bundan sonra uranın zənginləşdirilməsi, saxlanılması, araşdırılması və inkişaf etdirilməsi ilə bağlı heç bir öhdəliyə əməl etməyəcək.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran hökuməti adından yayılan açıqlamada bildirilib. Belə ki, İran hökuməti nüvə razılaşmasındakı öhdəliklərinin heç birinə əməl etməyəcəyini bəyan edib.

Bundan əlavə, qeyd olunub ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə işləməyə davam edəcək. Həmçinin sanksiyaların ləğvi və maraqların təmin ediləcəyi halda İran rəhbərliyi razılaşmaya qayıtmağa hazır olduğunu açıqlayıb.

Azvision.az



Teqlər: İran   Nüvə  





Xəbər lenti