Dumana görə Bakıya qayıdan təyyarə Həştərxana yola düşdü - Yenilənib

 Dumana görə Bakıya qayıdan təyyarə Həştərxana yola düşdü -  Yenilənib
  06 Yanvar 2020    Oxunub:4366
Güclü duman səbəbindən Həştərxandan Azərbaycana qayıdan “Buta Airways”in təyyarəsi Bakı vaxtı ilə saat 13:05-də yenidən Həştərxana yola düşüb.
Azvision.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

***
Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq “Buta Airways”in J2-9235 nömrəli reysində hava gəmisinin kapitanı Bakının hava limanına qayıtmaq qərarı verib.

Bunu aviaşirkətin sosial şəbəkə hesabında qeyd ediblər. Bildirilib ki, yerli vaxtla 10:50-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.

Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.

Azvision.az


Teqlər: Təyyarə   Havalimanı  





Xəbər lenti