“Exit-poll”la bağlı MSK-ya müraciətlər daxil olub

  23 Yanvar 2020    Oxunub : 1635
 “Exit-poll”la bağlı MSK-ya müraciətlər daxil olub
"Qanunvericiliyə əsasən, səsvermə gününə 20 gün qalmış “Exit-poll” keçirmək istəyən təşkilatlar Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməlidir”.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, artıq bununla bağlı müraciətlər MSK-ya daxil olub: “Hazırda MSK bununla əlaqədar işlər aparır. Yaxın günlərdə sənədlərini tam olaraq MSK-ya təqdim edən təşkilatların məlumatları KİV-lərə təqdim ediləcək”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK