MSK: 210-dan çox beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

    MSK:   210-dan çox beynəlxalq müşahidəçi qeydiyyatdan keçib
  23 Yanvar 2020    Oxunub:2855
Hazırkı məlumata görə, Azərbaycanda fevralın 9-a təyin edilmiş Milli Məclisə seçkiləri müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib. Onun sözlərinə görə, beynəlxalq müşahidəçilər müraciətlərini ünvanlamaqda davam edirlər:

“Ümid edirik ki, beynəlxalq müşahidəçilərin sayı daha da artacaq. Bildiyiniz kimi seçkilərdə bütün respublika ərazisində müşahidə aparmaq üçün ərizələr Mərkəzi Seçki Komissiyasına səsvermə gününə 10 gün qalmışa qədər davam edir. Beynəlxalq müşahidəçilərin də qeydiyyatı həmin günə qədər davam edəcək və bu günlədə onların sənədlərinin Mərkəzi Seçki Komissiyasına daxil olması daha da intensivləşəcək”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti