Umayra Tağıyeva: “Bakıda qar örtüyü olmayacaq”

  24 Yanvar 2020    Oxunub : 2939
 Umayra Tağıyeva: “Bakıda qar örtüyü olmayacaq”
Yanvarın 24-dən 25-ə keçən gecə Bakıda və Abşeron yarımadasında sulu qar yağacağı üçün yerdə qar örtüyü olmayacaq.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, prosesin qısa müddətli olmasını nəzərə alaraq qar örtüyünün əmələ gəlməsi ehtimalı azdır.

"Amma respublikanın Şimal və Cənub, Şimal-qərb bölgələrində, dağlıq və dağətəyi yerlərdə, Naxçıvan Muxtar Respublikasında artıq qar örtüyü əmələ gəlib və gün ərzində prosesin davam etməsi nəticəsində axşama qədər qar örtüyünün hündürlüyü artacaq. Lakin yanvarın 25-dən sonra havanın temperaturu qalxacaq və qar örtüyü davamlı olmayacaq".

Aytən Zəhra
Azvision.az

Teqlər: ETSN   Hava   Qar