Polis qarda köməksiz qalan yaşlı turistə yardım etdi - FOTOLAR

Polis qarda köməksiz qalan yaşlı turistə yardım etdi -    FOTOLAR
  25 Yanvar 2020    Oxunub:2607
Gözəl təbiəti olan Quba rayonu hər zaman turistləri özünə cəlb edir. Qışın gözəlliyi olan qarın yağması isə gələn qonaqların sayının artmasına səbəb olur.
Azvision.az xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları qonaqların çox olması ilə əlaqədar ərazidə operativ xidmət təşkil edir, turistlərin qarşılaşacağı hər hansı bir çətinlik və ya problemlər olduqda öz köməkliklərini göstərirlər.



Azərbaycana qonaq gəlmiş əcnəbi vətəndaş Qubanın Qəçrəş meşəsi ərazisində hərəkət edən zaman nəqliyyat vasitəsinin şinlərindən biri deşilib və qarlı havada yolda köməksiz qalıb. Ərazidə xidmət aparan Quba RPŞ-nin PPXB-nün əməkdaşları yaşlı turistə məxsus nəqliyyat vasitəsinin şinini dəyişərək ona köməklik göstəriblər.





Azvision.az



Teqlər: Quba   Polis   Turist  





Xəbər lenti