Koronavirusun yayıldığı bölgələrdə 7 azərbaycanlı tələbə var

  27 Yanvar 2020    Oxunub : 3476
Koronavirusun yayıldığı bölgələrdə 7 azərbaycanlı tələbə var
Çində ümumilikdə 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Dövlət xətti ilə təhsil alan tələbələrin sayı 62-dir. Koronavirusun yayıldığı bölgələrdə isə 7 tələbəmiz var.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, Təhsil Nazirliyi Xarici İşlər Nazirliyi və Azərbaycanın Çindəki səfirliyi ilə daim əlaqə saxlayır.

"Həmin tələbələrlə səfirlik vasitəsilə əlaqə saxlanılır. Bizdə olan məlumata görə, 50-dən artıq ölkə vətəndaşlarını çıxarmaq üçün Çinə müraciət edib. Bizim Xarici İşlər Nazirliyindən əldə etdiyimiz məlumata əsasən, bu gün Çin Xarici İşlər Nazirliyində iclas olacaq. Ondan sonra açıqlama veriləcək ki, Çin tərəfi hansı növbəti addımları atmağı planlaşdırır. Buna dair açıqlama olduqdan sonra növbəti addımlar atılacaq. Biz bunu diqqətdə saxlayırıq".

Aytən Zəhra
Azvision.az

Teqlər: Çin   Koronavirus   Nazir