Özbəkistan Prezidentinin qızı istefa verib - FOTO

  30 Yanvar 2020    Oxunub : 2473
Özbəkistan Prezidentinin qızı istefa verib - FOTO
Özbəkistan Prezidentinin qızı Səidə Mirziyoyeva qeyri-hökumət sektorunda işləmək niyyəti ilə Prezident Administrasiyasındakı vəzifəsini tərk edib.
Azvision.az xəbər verir ki, o, administrasiyada informasiya və kommunikasiya üzrə şöbədə direktor müavini işləyib.

Mirziyoyeva Prezident Administrasiyasının rəhbəri Zaynilobiddin Nizomiddinovun sədrliyi ilə keçirilən iclasda istefa verdiyini açıqlayıb. PA rəhbəri ona çalışdığı müddətdə uğurlu fəaliyyətinə görə təşəkkür edib.

Qeyd edək ki, Prezidentin qızı ötən ilin 4 fevral tarixindən bu vəzifədə çalışıb.





Pərvanə Sultanova
Azvision.az


Teqlər: Özbəkistan