“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi dezinfeksiya olunub

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi dezinfeksiya olunub
  01 Fevral 2020    Oxunub:2125
Kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində növbəti dəfə dezinfeksiya işləri görülüb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Azvision.az -a verilən məlumata görə, perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilib.

Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti