Nazir müavini Şəmkirdə qəbul keçirəcək

  01 Fevral 2020    Oxunub : 1250
Nazir müavini Şəmkirdə qəbul keçirəcək
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Vilayət Zahirov tərəfindən fevralın 5-də Şəmkir rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Şəmkir şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 5) keçiriləcək qəbulda Şəmkir, Gədəbəy, Tovuz, Qazax, Ağstafa rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Şəmkir regional ədliyyə idarəsi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 2, əlaqə telefonu: (02230) 5-48-81, (050) 396-91-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 070-625-05-52 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün Ədliyyə naziri müavininin həmin gün keçiriləcək qəbuluna nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.

Azvision.az

Teqlər: Ədliyyə