Müxtəlif maddələrlə axtarışda olan şəxs tutulub

Müxtəlif maddələrlə axtarışda olan şəxs tutulub
  03 Fevral 2020    Oxunub:1669
Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotiklərlə əlaqəli cinayətlərə görə) maddələri ilə axtarışda olan S.Həsənov Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aparılmış əməliyyat tədbirləri ilə onun şəhər ərazisindəki bir həyətyanı sahədən və üç evdən qaz sayğacı, təmir-tikinti alətləri, elektrik naqili və inşaat materialları oğurlaması da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti