Müşahidəçi olmaq istəyənlər üçün müddət başa çatır

  04 Fevral 2020    Oxunub : 1302
Müşahidəçi olmaq istəyənlər üçün müddət başa çatır
Azərbaycanda fevralın 9-a təyin edilmiş parlament seçkilərində müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparmaq üçün ərizələrin müvafiq dairə seçki komissiyasına təqdim edilməsi müddəti bu gün başa çatır.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikasında parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, fəal seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) seçkilərin təyin edilməsi haqqında Sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək, yəni, 2020-ci il fevralın 4-dək müraciət edə bilər.

Azvision.az

Teqlər: Seçki   Deputat